Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / AFFA qalmaqallı “Sabah” – “Neftçi” oyunu ilə qərar verdi

AFFA qalmaqallı “Sabah” – “Neftçi” oyunu ilə qərar verdi

AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXIV turun “Sabah” – “Neftçi” oyununda baş verənlərlə bağlı qərarlarını açıqlayıb.
Komitə 3 futbolçusu qırmızı vərəqə ilə cəzalandığı üçün meydan sahiblərini 4 800 manat cərimələyib. Futbolçulardan kapitan Bəhlul Mustafazadə və müdafiəçi Filip İvanoviç qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq diskvalifikasiyaya, klub isə hər biri üçün 200 manat cəriməyə məruz qalıb. Təmkin Xəlilzadə isə eyni hərəkətə görə qovularkən hakimi təhqir etdiyi üçün 4 oyunluq cəzalanıb, klub 3200 manat ziyana düşüb.
Komandanın rəsmi şəxsi Miloş Jevtic barəsində isə araşdırılma aparılır.
“Neftçi”yə gəldikdə, 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.
Komandanın baş məşqçisi Samir Abasov isə 2 oyunluq cəzaya, klub 4 000 manat cəriməyə məruz qalıb. Buna Abasovun oyundan sonra dava-dalaşa təhrikedici hərəkətlər etməsi, aqressivlik göstərməsi, mətbuat konfransı zamanı hakimin qərarlarını müzakirə etməsi və qeyri-etik ifadələr işlətməsi səbəb olub.
Qeyd edək ki, “Neftçi” növbəti iki oyununu mayın 3-də səfərdə “Keşlə”yə, mayın 8-də isə “Səbail”ə qarşı keçirəcək.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …