Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / AFFA millimizin kapitanını cəzalandırdı

AFFA millimizin kapitanını cəzalandırdı

AFFA-nın İntizam Komitəsi “Zirə” klubunun üzvü və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Hacıağa Hacılını bir oyunluq cəzalandırıb.

Buna 22 yaşlı yarımmüdafiəçinin Azərbaycan Premyer Liqasının birinci turunda keçmiş komandası “Qəbələ” ilə görüş zamanı qeyri-idman hərəkətinə yol verməsi səbəb olub.

Həmin qarşılaşmada ikinci sarı vərəqəni alaraq meydandan kənarlaşdırılmış H.Hacılı növbəti oyunda “Səbail”ə qarşı oynamayacaq, klubu isə 200 manat cərimə ödəyəcək.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …