Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İdman / AFFA millimizə yeni baş məşqçi tapıb – İDDİA

AFFA millimizə yeni baş məşqçi tapıb – İDDİA

Tanınmış futbol məşqçisi Şota Arveladze Bakıya gəlib.

O, ötən gün Avropa Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ” – “Düdelanj” matçını izləyib.

46 yaşlı mütəxəssisin Bakıya gəlməsi və qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədovla birgə izləməsi Arveladzenin millimizin baş məşçisi postuna gətiriləcəyi dair iddiaları gücləndirib.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla yayılan iddiaları təkzib edib:

“Məşqçi kursu olanda digər ölkələrdən olan məşqçilər təcrübəyə gedirlər. Şota Arveladzenin səfərinin məqsədi də bu olub. Gürcüstandan gələn məşqçilərin bir hissəsi VİP-də, digərləri isə “Sky box”da əyləşmişdilər. Şota Arveladzenin millimizə baş məşqçi gətirilməsi məsələsi gündəmdə deyil”.

Qeyd edək ki, gürcü baş məşqçi 2017-ci ildən Özbəkistanın “Paxtakor” klubunu çalışdır. Onu da əlavə edək ki, AFFA müqavilə müddəti başa çatan Nikola Yurçeviçlə yeni sözləşmə imzalamayıb.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …