Ana səhifə / İdman / AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

AFFA klublarımızın avrokubok oyunlarına azarkeşlərin buraxılmasına razılıq aldı

Azərbaycan klublarının avrokubok oyunlarında tribunalara stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeş buraxılacaq.

AFFA-nın Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanladığı müvafiq müraciət müsbət cavablandırılıb.

Milli assosiasiya COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatları klublara göndərəcək.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …