Çərşənbə , Dekabr 1 2021
Ana səhifə / İdman / AFFA klubları böyük məbləğdə cərimələdi

AFFA klubları böyük məbləğdə cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Premyer Liqanın 8-ci turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Sabah”-“Sumqayıt” oyununda “Sumqayıt” klubunun futbolçusu Murad Xaçayev aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb, klub 4000 manat cərimələnib.

Oyunun mətbuat konfransı zamanı “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov hakimin idarəçiliyinə qarşı qeyri-etik ifadələr işlətdiyi üçün klub 1600 manat cərimə olunub.

“Keşlə”-“Qəbələ” oyununda “Qəbələ” klubunun futbolçusu Stefan Vukçeviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun və klub 200 manat, “Səbail”-“Qarabağ” oyununda “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimələnib.

Həmçinin oxuyun

“Çelsi” “Mançester Yunayted” matçında iki qol vuruldu

İngiltərə Premyer Liqasında XIII turun mərkəzi qarşılaşması baş tutub. “Old Trafford”da ev sahibi “Mançester Yunayted” …