Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / İdman / AFFA İcraiyyə Komitəsinin son qərarları- Açıqlandı

AFFA İcraiyyə Komitəsinin son qərarları- Açıqlandı

Bu gün “Bayıl Arena” stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, 2017-ci ilin son yığıncağının gündəlikdəki məsələlərin müzakirəsindən əvvəl qurumun prezidenti Rövnəq Abdullayev assosiasiyanın təsis olunmasının 25 illik yubileyi ilə əlaqədar komitə üzvü Kazbek Tuayevə ölkə futbolundakı səmərəli fəaliyyətinə ilə bağlı diplom və xüsusi hədiyyə təqdim edib.

Gündəlikdəki məsələlərin müzakirəsindən sonra qərarlar qəbul edən komitə Azərbaycan yığma komandalarının baş məşqçisi vəzifəsinə təyinatlar təsdiq edib. Rəşad Sadıqov U-21 və U-20, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev U-17 millisinin çalışdırıcısı olub.

FİFA-nın göstərdiyi maliyyə yardımı hesabına Sumqayıt şəhər stadionunun ərazisində iki, Bakı Olimpiya Stadionunun ərazisində bir təbii ot örtüklü standart ölçülü meydan salınmasına da qərar verilib.

Həmçinin, AFFA-nın Oyunçuların Statusu və Transferi Komitəsinin sədri təyin olunub. Bu vəzifə Nailə Rüstəmzadəyə tapşırılıb.

İclasda “Futbol oyunlarının nəticəsinin manipulyasiyası faktları” və “Region Liqası” turniri ilə bağlı xüsusi təqdimatın müşayiəti ilə məlumat verilib.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …