Çərşənbə , Mart 22 2023
Ana səhifə / İdman / AFFA-dan prinsipial oyunda baş verənlərlə bağlı qərar

AFFA-dan prinsipial oyunda baş verənlərlə bağlı qərar

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Birinci Divizionun 21-ci turuna həsr olunmuş iclasda qaydaları pozanlarla bağlı aşağıdakı qərarlar qəbul olunub. 
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 47 nömrəli futbolçusu Musa Musazadə 32-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının 88 nömrəli futbolçusu Şirxan Həsənzadə 66-cı dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
“Neftçi-2” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 80 manat cərimə edilsin (maddə 51.2);
“Neftçi-2” – “Qarabağ-2” oyunundan əvvəl baş tutan iclasa polis nümayəndəsi gecikdiyinə görə “Neftçi-2” komandası 40 manat cərimə edilsin (maddə 62.2);ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
“Neftçi-2” – “Qarabağ-2” oyununda texniki zonanın girişində akkreditasiyasız şəxslərin əraziyə daxil olmasına görə “Neftçi-2” komandası 80 manat cərimə edilsin (maddə 49.6);
“Neftçi-2” – “Qarabağ-2” oyununda Təcili Tibbi Yardım briqadası matçın 66-cı dəqiqəsində zədəli futbolçunu apardıqdan sonra digər Təcili Tibbi Yardım briqadası ilə əvəzlənmədiyinə görə “Neftçi-2”yə xəbərdarlıq edilsin (maddə 59.5);
“Səbail-2” – “İmişli” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilsin (maddə 39);
“Mingəçevir” – “Kəpəz-2” oyununda “Kəpəz-2” komandasının 23 nömrəli futbolçusu Röyal Əhmədovun 81-ci dəqiqədə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalansın, klub 20 manat cərimə edilsin (maddə 47.1);
“Mingəçevir” – “Kəpəz-2” oyununda “Mingəçevir” azarkeşləri meydançaya kənar əşya atdığına görə klub 160 manat cərimə edilsin (maddə 51.1).

Həmçinin oxuyun

“Konyaspor” Mahir Emreliyə görə cərimə ödəyəcək

Türkiyənin “Konyaspor” klubu Azərbaycan millisinin hücumçusu Mahir Emreli də daxil olmaqla, 6 futbolçusuna görə cərimə …