Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / AFFA-dan 1 xala görə futbolçulara yüksək məbləğdə mükafat

AFFA-dan 1 xala görə futbolçulara yüksək məbləğdə mükafat

AFFA AÇ-2020-nin seçmə qrup mərhələsinin Azərbaycan – Xorvatiya oyununda qeydə alınan 1:1 hesablı heç-heçəyə görə futbolçulara böyük məbləğdə pul verəcək.

Sportinfo.az xəbər verir ki, ilk “11-lik”də meydana çıxan hər bir futbolçu federasiyadan 30 min manat mükafat alacaq.

Oyuna sonradan daxil olanlar və ehtiyatda qalanlar isə 30 mindən az mükafat alacaqlar. Ümumilikdə, baş sponsor SOCAR milliyə 1 xala görə yarım milyondan çox pul paylayacaq.

Futbolçulara deyilib ki, mükafatlar bu günlərdə bank hesablarına köçürüləcək.

Qrup sonuncusu olan Azərbaycan yığması seçmə mərhələdə keçirdiyi ilk 4 oyunda müvafiq olaraq Xorvatiya, Macarıstan, Slovakiya və Uelsə uduzub, ilk xalını isə 5-ci turda – dünən xorvatlarla ikinci qarşılaşmada qazanıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …