Sosial şəbəkədə biz:

AFFA bu klubu cərimələdi

AFFA bu klubu cərimələdi
Xəbər Şəkli
01 April 2026, 16:26
İdman

"Kəpəz" klubu cərimələnib.

Bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Buna Misli Premyer Liqasının XXV turunda "Qarabağ"la matçdan sonra meydana kənar şəxslərin daxil olması səbəb olub.

Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlandığı üçün Gəncə təmsilçisi 6500 manat ziyana düşüb.

Xatırladaq ki, "Kəpəz" "Qarabağ"ı 1:0 hesabı ilə məğlub edib.