Cümə axşamı , Mart 4 2021
Ana səhifə / İdman / AFFA: “Bəzi klubların hesabatları şəffaf deyil”

AFFA: “Bəzi klubların hesabatları şəffaf deyil”

“Ötən il SOCAR-ın maliyyə dəstəyi 40 faizə düşmüşdü. Bu il isə pandemiya ilə bağlı yenidən artaraq 50 faiz olub”.

“Report”un məlumatına görə, bunu AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov deyib. O bildirib ki, milli assossiasiyanın hansısa kluba vəsait ayırdıqda ona nəzarət etmək hüququ var: “Çünki hər il ictimai təşkilat kimi hesabat veririk. Hər il auditorlardan 5-6 səhifəlik suallar gəlir”.

E.Məmmədov bu ildən başlayaraq maliyyə dəstəyi göstərdikləri bütün klublar və federasiyalardan hesabat tələb etdiklərini də diqqətə çatdırıb: “Bəzi klublar hesabat təqdim edirlər, amma 100 faiz şəffaf deyil. Pulun hara xərclənməsinə biz yox, klub rəhbəri məsuliyyət daşıyır. Biz FIFA, UEFA və SOCAR-a hesabat veririk”.

Həmçinin oxuyun

Azərbaycanın daha bir şahmatçısı Çempionlar Turunda iştirak edəcək

“Bu, məndən qaynaqlanan problem deyil. İndiyədək Maqnus Karlsendən dəvət almamışam”. Bu fikirləri Azərbaycan şahmatçısı Şəhriyar …