Şənbə , Dekabr 9 2023
Ana səhifə / İdman / AÇ-2024: Azərbaycan millisi qələbə qazanıb

AÇ-2024: Azərbaycan millisi qələbə qazanıb

Futbol üzrə Azərbaycan milli komandası noyabrın 16-da AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Milli komanda Bakıda İsveç yığması ilə üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 21:00-da start götürüb.

F qrupunda yer alan hər iki komanda final mərhələsinə vəsiqə qazanmaq şansını əvvəlki turlarda itirmişdi. Bakıdakı görüşdə Azərbaycan millisi rəqibini 3:0 hesabı ilə məğlub edib.

Yeddi oyundan sonra həm Azərbaycan, həm də İsveç millisinin 7 xalı var. Komandalar 3-4-cü yerləri bölüşürlər.

Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində sonuncu matçını noyabrın 19-da, səfərdə Belçika yığmasına qarşı keçirəcək.

Həmçinin oxuyun

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşdi

Boks üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib. Bu barədə Boks Federasiyası məlumat yayıb. Məlumata görə, 41 …