Cümə , Aprel 19 2024
Ana səhifə / İdman / ABŞ-da yaşayan həmyerlimiz sambo üzrə ölkə birincisi oldu

ABŞ-da yaşayan həmyerlimiz sambo üzrə ölkə birincisi oldu

ABŞ-da yaşayan həmyerlimiz Orxan İsmətzadə 98 kq çəki dərəcəsində sambo üzrə qızıl medal qazanıb.

O.İsmətzadə ABŞ-ın Şimali Karolina ştatının Qrinsboro şəhərində keçirilən sambo idman növü üzrə ölkə çempionatında birincilik qazanaraq çempion olub. O, “Report”a müsahibəsində sambo ilə uşaqlıqdan məşğul olduğunu deyib: “Ölkəmizdə keçirilən respublika turnirlərində birincilik və ikinçilik qazanmışam. 2018-ci ildən ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində yaşayıram. ABŞ-da bir sıra beynəlxalq yarışlarda iştirak etmişəm və uğurlarım çoxdur. Universal döyüşdə dünya ikincisi olmuşam.

Qızıl medal qazandığım ABŞ cempionatında ilk döyüşüm Boston, digəri isə Nyu-Cersi ştatının təmsilçisi ilə oldu. Sonuncu görüşüm Şimali Karolinadan olan döyüşçü ilə reallaşdı. Yarışdan qalib ayrıldığım üçün xoşbəxtəm”.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …