Bazar ertəsi , Noyabr 19 2018
Ana səhifə / İdman / 55 yaşlı ingiltərəli məşqçi “Neftçi”də

55 yaşlı ingiltərəli məşqçi “Neftçi”də

“Neftçi”də yeni təyinat olub.
Belə ki, 55 yaşlı ingiltərəli mütəxəssis Mik Benet “Neftçi” Futbol Akademiyasının direktoru vəzifəsinə təyin olunub. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Mik Benet 1979-1994-cü illər ərzində İngiltərənin “Bolton Uonderers”, “Vulverhempton Uonderers”, “Kembric Yunayted”, “Preston Nort End”, “Karlayl Yunayted” və Finlandiyanın “Koparit” klublarında oynayıb. Məşqçi kimi İngiltərənin “Bolton Uonderers” U-12 – U18 (1999-2010), “Yovil Taun”un akademiyası (2010-2011), “Uiqan Atletik” U-16 (2011-2012), “Mançester Yunayted”dən ezam olunaraq Hindistanın Mumbai şəhərindəki uşaq futbol məktəbində (2012-2014) və “Mançester Yunayted” Bakı (2014-2018) klublarında çalışıb. UEFA-nın PRO kateqoriyalı məşqçilik lisenziyasına malikdi.

VIPedu.BIZ

Həmçinin oxuyun

İki min yaşı olan sirli idmanın Azərbaycandakı inkişafının sirləri açıqlandı

Azərbaycanda şərq idman növlərinə marağın daha çox olması heç kimə sirr deyil. Gənclər və yeniyetmələr, …