Cümə axşamı , Sentyabr 16 2021
Ana səhifə / İdman / 5000 dolları Azərbaycanda oynamaqdan üstün tutdu

5000 dolları Azərbaycanda oynamaqdan üstün tutdu

“Minay”dan ayrılmağa hazırlaşan Anatoli Nuriyev fikrindən daşınıb.

Millinin hücumçusu Ukraynada qalmağı qətiləşdirib.

25 yaşlı hücumçunun Ujqorod təmsilçisi ilə 2022-ci ilin yayınadək olan müqaviləsində belə bir bənd var ki, klub aşağı liqaya düşəcəyi təqdirdə, o, azad agent statusu alacaq.

Menecerlər vasitəsilə “Sabah”a təklif edilən forvardın xidmətində maraqlı olan komanda “Kolos”dur.

Kiyev vilayətinin Vasilkov rayonunun Kovalyovka kəndini təmsil edən kollektiv avrokuboklar öncəsi heyətini gücləndirmək istəyir. Hücum xətti üçün nəzərdə tutulan əsas namizəd isə Nuriyevdir.

Sportinfo.az xatırladır ki, “Kolos” bu mövsüm vurduğu 10 qolla bombardirlər yarışını 3-cü pillədə başa vuran Nuriyevə 5000 dollar əməkhaqqı təklif edib.

Həmçinin oxuyun

Meydanda əsl futbol gördük — Qurban Qurbanov

“Çox maraqlı oyun alındı. Hər iki komandanın futbolçuları alqışa layiq idi. Oyunçularımı təbrik edirəm”. Bu sözləri “Qarabağ”ın …