Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / İdman / “32 yaşım var, hələ “sevirəm” sözünü deməmişəm” – Kamran Ağayev

“32 yaşım var, hələ “sevirəm” sözünü deməmişəm” – Kamran Ağayev

ARB TV-nin “Günaylı Şənbə” verilişinin növbəti qonağı futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev olub.
Verilişdə Kamran bu yaşa qədər niyə ailə qurmamasının səbəbini açıqlayıb.

O, deyib: “Ailə qurmaq məsuliyyətli bir şeydir. Sıradan biri ilə gedim ailə qurum, hamı ailə qurur xeyir. Bizim dilimizdə bir cümlə var. Deyirik ki, qız var ailə qurum? Hamı elə bilir ki, qızları pis qələmə veririk. Xeyir, o mənada deyil. Sadəcə ürəyimə yatan bir qız yoxdur. Təbii ki, göstərənlər olub, düşüncələrim olub. Sadəcə bu şeylər qismətdir. İdmanla bağlı ordaa-burada olmuşam. Gəlib bu yerə çatmışıq. İnşallah, qismətdisə, ailə quracağıq”.

Milli futbolçu eyni zamanda tez-tez adının modellərlə sevgili kimi hallanması məsələsinə də aydınlıq gətirib: “Səmimi deyim ki, gündəmdə olan idmançılar harasa bir açılışa və ya bir dəvətə gedəndə, bir xanım ola bilər və mən onunla şəkil çəkdirə bilərəm. Dialoqumuz, dostluğumuz alına bilər. Bu, o demək deyil ki, mənim onunla münasibətim var, sevgiliyik. Bunlar boş şeylərdir. 32 yaşım var, hələ “sevirəm” sözünü deməmişəm. Çünki sevdiyim insan olmayıb ki, sevirəm sözünü deyim.Yalandan da olsun, o sözü deməmişəm”.

Həmçinin oxuyun

Qurban Qurbanov niyə Ağdama getməyib?

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XI turunun “Səbail”lə səfər oyununda texniki zonada …