Bazar ertəsi , May 23 2022
Ana səhifə / İdman / 29 yaşlı azərbaycanlı çempion qəfildən öldü – FOTO

29 yaşlı azərbaycanlı çempion qəfildən öldü – FOTO

Çempion ürək tutmasından dünyasını dəyişib.

Belə ki, “Unikal”-ın məlumatına görə, əslən Qax rayonundan olan 1993-cü il təvəllüdlü Dəmirçi Nurlan Nurullah oğlu martın 23 -də Qazaxıstanın Komenqorsk şəhərində ürək tutmasından dünyasını dəyişib. 1997-ci ildən Qazaxıstanda yaşayan N. Dəmirçi idmanın boks, kiqboks, qaydasız döyüş və K- 1 idman növləriylə məşgul olub. O boks və kiqboks üzrə dəfələrlə Qazaxıstan çempionu olub.

N. Dəmirçi idman ustalığına namizəd idi. İdmançı doğuldugu Qax rayonuna gətirilərək dəfn olunacaq.

Həmçinin oxuyun

Alim Nəbiyev Azərbaycan çempionu oldu

“Qəbələ”nin kikboksçusu Alim Nəbiyev Azərbaycan çempionu olub. “Qafqazinfo” xəbər verir ki, idmançı kikboksinq üzrə XXVI …