Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / “28 ildir, onunla oyunu gözləyirdim” – Şəhriyar Məmmədyarov

“28 ildir, onunla oyunu gözləyirdim” – Şəhriyar Məmmədyarov

Xəbər verdiyimiz kimi, şahmatçımız Şəhriyar Məmmədyarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən “Croatia Grand Chess Tour”un blits turnirinin 6-cı turunda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində 7 gedişə qələbə qazanıb.

Məmmədyarov sosial şəbəkədə qələbə sevincini paylaşıb.

“28 ildir, şahmatla məşğul oluram. Hər zaman tarixin ən sevdiyim şahmatçısı Kasparov olub. Oyunları inanılmaz olub. 28 ildir, hər zaman onunla oyunu gözləyirdim və cəmi 7 gedişə qalib gəldim. Bu isə hər 4 ilə 2 gediş deməkdir. O bir dahi şahmatçıdır. Biz isə tarixin bir parçası”, – deyə Məmmədyarov qeyd edib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …