Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / 23 erməni Bakıya gələ bilmədi

23 erməni Bakıya gələ bilmədi

Ermənistan millisi bu gecə Avro 2020-də iştirak şansını böyük ölçüdə itirdi…

Auvro-2020-nin seçmə mərhələsinin 4 oyunu gələn ilin yayında Bakıda keçiriləcək. Azərbaycan millisinin  nə yazıq ki, bu Avropa çempionatının final mərhələsinə düşmək şansı yoxdur.

Milli komanda 1 xalla E qrupunda  sonuncu yeri tutur və qalan oyunları ancaq  reytinqinə təsir edə bilər. Yeri gəlmişkən, bu axşam komandamız Macarıstan millisi ilə qarşılaşır ki, ona uğurlar arzulayaq.

Ermənistan millisi isə oktyabrın 13-nə keçən gecə… Bakıya gəlmək üçün ciddi bir həmlə etdi. Futbolla maraqlananlar bilir ki, Ermənistan Avro-2020-nin seçmə mərhələsində  iştiraka çox həvəslidirlər.

J qrupunun lideri İtaliya bu gecə Yunanıstana Afinada 2:0 qalib gələrək  Avro- 2020-yə vəsiqəni təmin etdi.  Qrupun autsayderi Lixtenşteynlə rəqib meydançada qarşılaşan Ermənistan(9 xalı vardı) oyunun 74-cü dəqiqəsinə kimi 1:0 hesabı ilə öndə idilər. Bosniya və Hersoqovina  öz meydanında 12 xalı olan Finlandiyanı 4:1 məğlub edərək xallarının sayını 10 çatdırmışdı. Ermənistan millisi qalib gələcəyi təqdirdə 12 xal toplayaraq Bosniyanı geridə  qoyacaq,   Finlandiyaya çatacaq və ikincilik uğrunda mübarizədə önəmli addım atmış olacaqdı. Lixtenşteynə  xeyli erməni azarkeşdə  getmişdi. Bəlkə də dronları da vardı ki, oyunun sonunda bayraqlarını keçirib havalandırmağa hazırlaşmışdılar.

…95 dəqiqə  oyuna baxdıqca  «Ararat»-«Neftçi» qarşılaşmalarını yada salmamaq olmazdı.  Ermənilər «Neftçi» uduzanda, biz «Ararat» uduzanda  sevinərdik. Amma nə vaxtsa, Lixtenşteynə belə  azarkeşlik edəcəyimi ağlıma da gətirməzdim.

Ermənistan millisi xüsusi bir oyun stili ilə  fərqlənməsə də, hesabı öz xeyirlərinə dəyişə bilmişdilər. İkinci hissədə də ermənilər ikinci qolu vura bilərdilər. Lixtenşteyn nəhayət, sona 15 dəqiqə qalmış ermənilərə vurdular. Son 15 dəqiqə uzun çəkdi, hakim 5 dəqiqə də əlavə etdi. Son saniyədə Lixtenşteyn ürəyimizi qopardı, az qaldılar öz qapılarına qol vursunlar. Hər şey yaxşı qurtardı. Ermənilər beli qırılmış meydanı tərk etdilər. Onların indən sonra ikinci yeri tutması üçün qalan 4 oyunda mütləq qələbə lazımdır. Amma  heç-heçədən sonra bu da yetərli olmaya bilər.

Üstəlik, 2 oyunu rəqib meydandadır. Üç gün sonra Finlandiya ilə Xelsinkidə oynayacaqlar. Bir dəfə də finlərə azarkeşlik edərik. Lixtenşteynin ermənilərlə nə problemi var bilmirəm, mənim bu cırtdan ölkəyə rəğbətim artdı. Matçın sonunda da məndən az sevinmirdilər. Ermənilər və azarkeşlər  isə…dronları gözlərinə girmiş kimi göründülər.  Ermənistan millisi hipotetikdə olsa, Bakıya gəlmək şanslarını itirdilər.  Gəlməkdən söz düşmüşkən, Mxitaryan oyuna gəlməmişdi. Zədəli imiş…

Banal əhvalat kimi görünə bilər, amma Ermənistan düşməndir və düşmənin uğursuzluğuna niyə də sevinməyəsən? Ermənilər Avroliqada «Qarabağ»ın oyununda gördüz necə qarışıqlıq saldılar.   Avro-2020 Bakıda da olacaq və 23 erməninin A qrupuna düşüb futbol bayramında  yenidən qanqaraçılıq etməyəcəyinə qarantiya yoxdur. Musavat.com

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …