Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / 21 yaşlı rus dünya yeniyetmələrini intihara necə aparır…

21 yaşlı rus dünya yeniyetmələrini intihara necə aparır…

Son dönəmlər dünyada “Mavi balina” adlı oyunun çoxlu sayda uşaqların ölümünə səbəb olması danılmaz fakta çevrilib. Oyunun əsas missiyası odur ki, uşaqları və yeniyetmələri özündən asılı vəziyyətə gətirərək intihara sövq edir. Oyunun daha bir qaranlıq tərəfi isə içərisində şantaj elementlərinin olmasıdır.

Belə ki, Rusiya çat səhifələrində oyuna girmək istəyən şəxslərə yönləndirici tərəfindən ünvan göndərilir. Həmin ünvana daxil olan şəxsin kompüterindən bütün şəxsi məlumatlar ələ keçirilir və bundan sonra şantaj yolu ilə “oyunçu”dan verilən bütün təlimatları yerinə yetirməsi tələb olunur. “Mavi balina” oyunu 50 gün boyunca insanı qorxunc vəziyyətə salan 50 tapşırıqdan bəhs edir. Bütün tapşırıqları yerinə yetirən oyunçuya isə “öl, onsuz da yenidən doğulacaqsan” təlqini edilir. Statistikaya görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

50 GÜN ƏRZİNDƏ 50 TAPŞIRIQ – HAMISI BİR-BİRİNDƏN TƏHLÜKƏLİ

Mövzunu aktual edən bir məqam isə bu yaxınlarda bölgələrimizdən birində yeniyetmə bir uşağın intihar etməsi idi. Mövzunu araşdıran jurnalistlər intiharın kökündə “Mavi balina” oyununun olmasından şübhələniblər. Çünki intiharın üslubu, yeniyetmənin ölümündən öncəki davranışları bunu sübut edən detallar sırasındadır.

Yaxşı, nələrdir bu detallar? Musavat.com mövzunun aktuallığını nəzərə alaraq, bunun ətrafındakı detalları araşdırır.

Oyunun bəzi mərhələlərində hələ məktəb yaşında olan uşaqlardan əl biləklərinə və ya ayaqlarına iti ucu olan bir əşya ilə bir balina qazması və ya bədənindəki damarlarına yaxın kəsiklər atması istənilir. Bəzi günlər saat 04.20-də oyandırılıb, gün boyunca oyun idarəçilərini göndərdiyi qorxunc görüntülərin izlənməsi də bir başqa vəzifədir. Manipulyasiya edən uşaqlar 49 vəzifə boyunca özlərinə psixoloji və fiziki zərərlər verib, həyatdan qoparılır. 50-ci gün final vəzifəsi isə “balina olmaq” adını daşıyır və oyunu oynayan şəxsin intihar etməsini əmr edir.

OYUNUN YAYILDIĞI ÖLKƏLƏR SIRASINDA AZƏRBAYCAN DA VAR

Oyunla bağlı ən əhatəli məlumat Rusiya polisindədir. Rusiyanın “Novaya qazeta” nəşrinin məlumatına görə, təkcə 2015-ci ilin noyabr ayından 2016-cı ilin aprelinə qədər 130 gənc bu oyunun təsirindən intihar edib.

Mavi Balina oyunu nedir, nasıl öldürüyor?

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …