Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / 2021-ci ilin ən yaxşı məşqçisi açıqlandı

2021-ci ilin ən yaxşı məşqçisi açıqlandı

Britaniyanın “FourFourTwo” nəşri 2021-ci ilin ən yaxşı məşqçilərinin adını açıqlayıb.

İngiltərənin “Mançester Siti” klubunu çalışdırıcısı Xosep Qvardiola ilin ən yaxşı məşqçisi elan olunub.

İlk üçlükdə “Çelsi”nin baş məşqçisi Tomas Tuxellə “Liverpul”un çalışdırıcısı Yurgen Klopp da yer alıb.

İlk 10-luqda isə müvafiq olaraq Antonio Konte (“İnter”, “Tottenhem”), Hans-Diter Flik (“Bavariya”, Almaniya), Roberto Mançini (İtaliya), Dieqo Simeone (“Atletiko”), Yulian Naqelsmann (“Leypsiq”, “Bavariya”), Qaret Sautqeyt (İngiltərə) və Mauritsio Poçettino (PSJ) yer alıb.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …