Şənbə , Yanvar 29 2022
Ana səhifə / İdman / 2021-ci ildə sonuncu, 2022-ci ildə ilk qolu vuran futbolçular bəlli olub

2021-ci ildə sonuncu, 2022-ci ildə ilk qolu vuran futbolçular bəlli olub

2021-ci ildə dünyada sonuncu qolu vuran futbolçu bəlli olub.

Bu, Tanzaniyanın “Yanq Afrikans” klubunda çıxış edən Xalid Auçodur.

29 yaşlı uqandalı hücumçu dekabrın 31-də “Dodoma Jiji”ni 4:0 hesabı ilə məğlub etdikləri Tanzaniya çempionatının XI tur oyununda fərqlənib. O, 81-ci dəqiqədə 4-cü qolu rəqib qapısından keçirib.

2022-ci ildəki ilk qolu isə çinli Duan Liuyu vurub. “Şandun Tayşanda” oynayan 24 yaşlı yarımmüdafiəçi yanvarın 1-də Superliqanın XXI turunda “Şanxay Port”la qarşılaşmanın 8-ci dəqiqəsində hesabı açıb. Matç 2:2 hesabı ilə bitib.

Həmçinin oxuyun

“Marsel” – “Qarabağ” oyunu neytral ölkədə keçirilə bilər

“Qarabağ”ın Fransada “Marsel”ə qarşı keçirlməli olduğu UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk qarşılaşması neytral ölkədə …