Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İdman / 2004-cü ilin ən bahalı gənc futbolçularından biri Azərbaycanda çıxış edir – SİYAHI

2004-cü ilin ən bahalı gənc futbolçularından biri Azərbaycanda çıxış edir – SİYAHI

2004-cü ilin ən bahalı gənc futbolçuları ilə bağlı araşdırma aparılıb. 

“Report”un məlumatına görə, “10-luq”da Azərbaycanın “Səbail” klubunun futbolçusu Maykl Essyen də yer alıb. 38 yaşlı təcrübəli yarımmüdafiəçi 10-cu pillədə qərarlaşıb. Qanalı yarımmüdafiəçinin 2004-cü ildə Fransa “Lion”unda çıxış edərkən dəyəri 12 milyon avro olub.

Essyenin karyerasındakı ən yüksək qiyməti 38 milyon avrodur. 

2004-cü ilin ən bahalı gənc futbolçuları 

1. Ueyn Runi (“Mançester Yunayted”, İngiltərə) – 37 milyon avro (karyerasındakı ən yüksək qiyməti – 65 milyon avro) 

2. Xose Antonio Reyes (“Arsenal”, İngiltərə) – 35 milyon avro (35 milyon avro) 

3. Fernando Torres (“Atletiko”, İspaniya) – 25 milyon avro (50 milyon avro)

4. Robinyo (“Santos”, Braziliya) – 22 milyon avro (36,5 milyon avro)

5. Aryen Robben (“Çelsi”, İngiltərə) – 20 milyon avro (40 milyon avro)

6. Kriştianu Ronaldu (“Mançester Yunayted”, İngiltərə) – 18 milyon avro (120 milyon avro)

7. Karlos Tevez (“Boka Xuniors”, Argentina) – 15 milyon avro (40 milyon avro)

8. Daniele De Rossi (“Roma”, İtaliya) – 14 milyon avro (38 milyon avro) 

9. Andres İnyesta (“Barselona”, İspaniya) – – 12 milyon avro (70 milyon avro) 

10. Maykl Essyen (“Lion” Fransa) – 12 milyon avro (38 milyon avro) 

Qeyd edək ki, 2019-cu ilin martından “Səbail”də çıxış edən Maykl Essyen karyerası ərzində “Çelsi” (İngiltərə), “Real Madrid” (İspaniya) və “Milan” (İtaliya) kimi Avropa nəhənglərinin də formasını geyinib.

Həmçinin oxuyun

Bakıda rüşvət təklifi aldığını iddia edən italiyalı idmançının şikayətinə baxılıb

Dünya Güləş Birliyinin (UWW) İntizam Komitəsi İtaliya güləşçisi Frank Çamizonun Bakıda keçirilən Avropa Olimpiya Təsnifat …