Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / İdman / 2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

2 futbolçu Azərbaycan millisindən kənarlaşdırıldı

Azərbaycan yığmasının iki futbolçusu bu gün Qazaxıstana qarşı UEFA Mİllətlər Liqasının VI tur matçı üçün heyətdən kənarlaşdırılıb.

Baş məşqçi Canni De Byazi sərəncamındakı oyunçulardan ikisini iştirak ərizəsinə daxil etməyib.

Bunlar “Sabah” klubundan Amin Seydiyev və “Zirə”dən Qismət Alıyevdir. Alıyev V turda səfərdə Slovakiyaya 2:1 hesabı ilə qalib gəldikləri görüşdə də “23-lük”dən kənarda qalmışdı.

Bundan əlavə, cəzalı durumda olan Riçard Almeyda da iştirak ərizəsində yer almayıb.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

Həmçinin oxuyun

“O taylı – bu taylı Azərbaycan” – DÇ-da Azərbaycan bayrağı asıldı

Qətərdə keçirilən dünya çempionatında stadionların birində Azərbaycan bayrağı asılıb. Belə ki, zz sonra ABŞ – …