Şənbə , Aprel 20 2024
Ana səhifə / İdman / 2 aydır komada olan tanınmış məşqçidən xəbər var

2 aydır komada olan tanınmış məşqçidən xəbər var

Koronavirusa yoluxan Azərbaycanın tanınmış məşqçisi Qəhrəman Əliyev hələ komadan ayılmayıb.

Bu barədə mətbuata onun qohumları məlumat verib.

Bildirilib ki, dekabrın 14-də Bakıdan Masallıya gətirilərək, özəl klinakaların birinə yerləşdirilən mütəxəssisin müalicə prosesi davam etməkdədir. İki aydan artıqdır komada olan çalışdırıcının sağlıq durumu orta-ağır qiymətləndirilir.

Düzdür, virusun əlamətləri artıq ağciyərdə özünü göstərmir, ancaq uzun müddətdir hərəkətsiz qaldığı üçün bədənin müxtəlif nahiyələrində yaralar əmələ gəlib. Həkimlər gündə 2 fizioterapiya kursu ilə onun əzalarını oyatmağa çalışır.

Tibbi personal ötən müddətdə beyin insultu keçirmiş Qəhrəman bəyin nə vaxt komadan çıxacağını proqnozlaşdırmağa çətinlik çəkir. Bu, pasiyentin immun sisteminin yaşadığı problemlərə müqavimət gücündən asılıdır. Son rəy isə budur ki, müalicə proseduru daha 6 ay davam edəcək.

Həmçinin oxuyun

Səfiyarlı Rauf Cabarovu günahlandırdı: “Qərəzli cəza idi”

AFFA-nın İntizam Komitəsinin növbəti iclasında diqqətçəkən qərarlardan biri “Qəbələ”nin meneceri Səbuhi Səfiyarlı ilə bağlı oldu. …