Ana səhifə / İdman / “15 il Azərbaycan futbolunu “böyrü üstə” qoy, sonra get Parisdə otur” – Video

“15 il Azərbaycan futbolunu “böyrü üstə” qoy, sonra get Parisdə otur” – Video

İTV-nin efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində jurnalist İlkin Fikrətoğlu AFFA-nın sabiq baş katibi, hazırda FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədovun açıqlamasına sərt cavab verib.

E.Məmmədov verilişə qoşula bilməsə də, vatsap üzərindən açıqlama göndərib.

O, açıqlamasında Azərbaycan futbolunun hazırkı durumundan danışa bilməyəcəyini deyib.

İlkin Fikrətoğlu isə sabiq baş katibin açıqlamasına sərt cavab verib: “Çox rahat. 15 il Azərbaycan futbolunu “böyrü üstə” qoy, sonra get Parisdə otur və mən heç nəyə cavab verə bilmərəm de”.

Həmçinin oxuyun

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu CƏRİMƏLƏDİ

“Qarabağ” FK-nın son günlər davamlı hal alan aqressivliyi ilə seçilən futbolçusu Elvin Cəfərquliyev baş məşqçi …