Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İdman / 10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu – VİDEO

10 yaşlı azərbaycanlı Danimarka çempionu oldu – VİDEO

10 yaşlı azərbaycanlı qız Danimarka çempionu olub.

Diaspor üzrə ekspert Elnur Eltürkün Oxu.Az-a verdiyi məlumata görə, 10 yaşlı azərbaycanlı Nuriyə Sona İlhan Danimarkada keçirilən bədii gimnastika çempionatının qalibi olub.

Nuriyə 22 fevral 2009-cu ildə Danimarka Krallığında doğulub. O, beş yaşından bədii gimnastika üzrə məşqlərə başlayıb.

10 yaşlı Nuriyə “Greve Gymnastik og Trampolin” və RSG klublarının üzvüdür. 10 qızdan təşkil olunmuş qrupun adı ”Vivanit”dir. Son üç ildə bu qrup Danimarka çempionu olub.

Nuriyə fərdi çıxışa 2018-ci ildə başlayıb və 2019-cu ilin Danimarka çempionu adını qazanıb.

Həmçinin oxuyun

Qurban Qurbanovdan “Beşiktaş”la bağlı AÇIQLAMA

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Qəbələ” ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. O, “Beşiktaş” klubuna …