Azinforum.az-ın “Report”a istinadən verdiyi məlumata görə, gənc oyunçu Misirlə yoldaşlıq görüşü və Serbiya ilə 2019-cu il Avropa çempionatının seçmə oyunu üçün açıqlanan geniş heyətdə yer alıb. Kollektiv sentyabrın 3-də bir araya gələcək. Görüşlər isə müvafiq olaraq sentyabrın 7-də Ximkidə və sentyabrın 11-də Nijni-Novqorodda olacaq.

Qeyd edək ki, Ayaz Quliyevin Azərbaycan milli komandasına dəvət alacağı bildirilir. Gənc futbolçunun UEFA Millətlər Liqası qarşılaşmalarına çağırılacağı barədə söz-söhbət yayılıb. O, Rusiya yığmasının düşərgəsinə yollanacağı təqdirdə, sentyabrın 7-də Kosovo ilə Bakıda, sentyabrın 10-da isə Malta ilə səfərdə keçiriləcək rəsmi oyunlarda iştirak edə bilməyəcək. Qaydalara əsasən, hər hansı futbolçu yalnız bir ölkənin əsas millisində oynaya bilər. Quliyev Rusiyanın yalnız aşağı yaş qruplarından ibarət komandalarında çıxış etdiyindən, Azərbaycan millisinə çağırılması gələcəkdə də mümkündür.