Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / İdman / Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

Əsrin ən çox qol vuran futbolçuları açıqlandı – ADLAR

21-ci əsrdə yerli çempionatlarda ən çox qol vuran futbolçular müəyyənləşib.

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) araşdırmasında 2001-ci ildən 2020-ci ilə qədər vurulan qollar nəzərə alınıb.

İtaliyanın “Yuventus” klubunun hücumçusu Kristiano Ronaldo 462 qolla birinci olub. İspaniya “Barselona”sının ulduz futbolçusu Lionel Messi 451 qolla ikinci, İtaliyanın “Milan” klubunun təcrübəli forvardı Zlatan İbrahimoviç isə 379 qolla üçüncü pillədə qərarlaşıb. 40 yaşlı oyunçu 20-ci əsrdə də oynayıb, amma cəmi 13 dəfə fərqlənə bilib.

Hazırda İspaniyanın “Atletiko” klubunda çıxış edən Luis Suares (332) dördüncü, Almaniya “Bavariya”sından Robert Levandovski (285) isə beşinci sıradadır.

Həmçinin oxuyun

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək …