Çempionlar Liqasında 2021/2022 mövsümünün son həftəsinin ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib.
Bu barədə UEFA məlumat yayıb.
Məlumata görə, namizədlər sırasında “Real”ın 3 futbolçusu – Vinisius Junior, Kazemiro, Kurtua və “Liverpul”un 1 futbolçusu – İbrahima Konate yer alıb.
Qeyd edək ki, “Real” ÇL-in finalında “Liverpul”u 1:0 hesabı ilə məğlub edərək tarixində 14-cü dəfə sözügedən turnirin qalibi olub.(Qol.az)
