Sosial şəbəkədə biz:

Millimizin sabiq üzvü ardıcıl 4-cü oyunda qol vurdu

14 October 2017, 18:41
Gündəm
Milli komandamızın sabiq üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Dinamo” Almaniyanın Şimal-Şərq Regional Liqasında növbəti oyununu keçirib. Qol.az-ın məlumatına görə, Berlin təmsilçisi 10-cu turda səfərdə “Germaniya Halberstat”la qarşılaşıb. Görüş həmyerlimizin komandasınn 5:4 hesablı məğlubiyyəti ilə nəticələnib. “Dinamo”nun bir qolunu Rüfət Dadaşov vurub. Bu, Dadaşovun son 4 oyunda vurduğu 7-ci qoldur. “Dinamo” hazırda 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Qeyd edək ki, Rüfət Dadaşov Azərbaycan millisində almaniyalı sabiq baş məşqçi Berti Foqtsun vaxtında çıxış eidb və 16 oyunda 4 qol vurub.