Sosial şəbəkədə biz:

BOKS FEDERASIYASI 4 AYA YAXINDIR IDMANÇILARA MAAŞ VERMIR

06 October 2017, 15:23
Gündəm
Azərbaycan Boks Federasiyası bir müddətdir ki, idmançıları maaş üzünə həsrət qoyub. Qurum 4 aya yaxındır ki, boksçuların məvacibini ödəmir. Məsələ ilə bağlı Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, millət vəkili Ağacan Abıyevlə əlaqə saxladıq. Unikal.org-a danışan A.Abıyev maaşların gecikdiyini etiraf edib və problemin bu ayın ortasında həll olunacağını bildirib.