Sosial şəbəkədə biz:

Sumqayıtda sərnişin avtobusu qəzaya düşdü: Yaralılar var

06 October 2017, 13:08
Gündəm
Sumqayıtda sərnişin avtobusu ilə traktor toqquşub.
Lent.az xəbər verir ki, hadisə şəhərin mərkəzindəki Sülh küçəsində baş verib. "Hunday" markalı, 90 JD 967 dövlət qeydiyyat nişanlı avtobusla "Combi" markalı texnikanın toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində araşdırma aparılır.