Sosial şəbəkədə biz:

Xədicə İsmayılova polisə çağırıldı

03 October 2017, 19:55
Gündəm
 Jurnalist Xədicə İsmayılova bu gün Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə çağırılıb. Jurnalistin Turan-a verdiyi məlumata görə, çağırışın səbəbi məlum deyil. O bunun, pozmadığı şərti cəza rejimi ilə bağlı ola biləcəyini ehtimal edir. "Hazırda mən şəhərin mərkəzindəyəm və  polisə gedirəm", - deyə jurnalist bildirib.