Sosial şəbəkədə biz:

Millimiz Almaniyanı məğlub edərək yarımfinala çıxdı - FOTOLAR

29 September 2017, 20:37
Gündəm

Qadın voleybolçular arasında Avropa çempionatında dörddəbir final mərhələsinin sonuncu yarış gününə Azərbaycan millisi Almaniya yığması ilə qarşılaşıb.

Milli komandamız Almaniya millisini 3:0 hesabı ilə məğlubiyyətə uğradaraq Avropaçempionatının yarımfinalına vəsiqə qazanıb. Qeyd edək ki, Azərbaycan voleybolçuları yarımfinalda Niderland millisi ilə qarşılaşacaqlar.