Sosial şəbəkədə biz:

Sentyabrın 29-da Lütfi Zadə ilə vida mərasimi keçiriləcək

27 September 2017, 12:26
Gündəm
Sentyabrın 29-da Azərbaycan Milli Elmlər Akademiyasında Azərbaycanın tanınmış alimi mərhum Lütfi Zadə ilə vida mərasimi keçiriləcək. Bu barədə Trend-ə AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli məlumat verib. Vida mərasimində respublikanın tanınmış siyasi və ictimai xadimləri, elm nümayəndələri iştirak edəcəklər. Qeyd edək ki, L.Zadə sentyabrın 6-da ABŞ-da vəfat edib.