Sosial şəbəkədə biz:

ƏLİ ABBASOV YENİ VƏZİFƏYƏ TƏYİN OLUNDU! - Foto

24 May 2017, 12:54
Gündəm
Keçmiş rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov yeni vəzifəyə təyin edilib. APA-nın məlumatına görə, bu barədə qərar bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclasında açıqlanıb. AMEA prezidenti Akif Əlizadə Ə. Abbasovun AMEA-nın müşaviri təyin olunduğunu bildirib. Rəyasət Heyəti təklifi dəstəkləyib.