Sosial şəbəkədə biz:

İclas təxirə salındı - Deputatların tədbiri çoxdur

18 May 2017, 13:39
Gündəm
Milli Məclisin mayın 23-də keçirilməsi nəzərdə tutulan iclası təxirə salınıb. “Qafqazinfo” nun əldə etdiyi məlumata görə, buna səbəb tədbirlərin çoxluğu göstərilir. Ona görə də MM-in iki iclası birləşdirilərək mayın 31-də keçiriləcək. Beləliklə də, yaz sessiyasının sonuncu iclasının gündəliyində 38 məsələ deputatların müzakirəsinə təqdim olunacaq.