Sosial şəbəkədə biz:

Türkiyənin müdafiə nazirinin korteji qəzaya uğradı: yaralılar var

31 March 2017, 17:31
Gündəm
Türkiyənin milli müdafiə naziri Fikri İşıkın korteji qəzaya uğrayıb. Trend-in məlumatına görə, qəza nazir Gümüşhane Universitetində "Respublika idarəetmə sistemi" mövzusunda keçirilən konfransda iştirak edəndən sonra məscidə gedərkən baş verib. Kortejdəki avtomobillərdən birinin mini avtobusla toqquşması nəticəsində 5 nəfər xəsarət alıb.