Sosial şəbəkədə biz:

Bayram günü yol qəzalarında 4 nəfər ölüb, 11 nəfər yaralanıb

01 January 2017, 17:00
Gündəm
Dekabrın 31-də Azərbaycanda baş vermiş yol qəzalarında 4 nəfər ölüb. Lent.az-ın məlumatına görə, 2016-cı ilin son günündə ölkə yollarında 11 yol qəzası qeydə alınıb. Nəticədə vəfat edən 4 nəfərdən başqa daha 11 nəfər də xəsarət alıb. Ölümlə nəticələnən qəzalardan ikisi Bakının Nizami rayonunda, digərləri isə Binəqədi və Göyçayda baş verib.