Sosial şəbəkədə biz:

Quba rayonunun Xınalıq kəndində qar yağıb

24 September 2016, 21:24
Gündəm
Quba rayonunun Xınalıq kəndində qar yağıb. Bu barədə  kənd sakinləri məlumat veriblər. Onlar bildiriblər ki, kəndə dolu da düşüb. Kənd sakini Rüstəm Məlikov çəkdiyi fotoları APA-ya təqdim edib. Qeyd edək ki, Quba Regional Hidrometeorologiya Mərkəzindən verilən məlumata görə, müşahidə məntəqələrinin olduğu ərazilərin heç birində qar yağması faktı qeydə alınmayıb.