Sosial şəbəkədə biz:

Azərbaycanda bu il analoq televiziya yayımı dayandırılacaq

20 September 2016, 23:40
Gündəm
Azərbaycanda bu il analoq televiziya yayımı dayandırılacaq. APA-nın məlumatına görə, bu, bu gün Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb. Proqrama əsasən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Milli Televiziya və Radio Şurası 2016-cı ildə rəqəmli televiziya yayımına keçidin başa çatdırılması və analoq yayımın dayandırılmasını təmin etməlidir.