Sosial şəbəkədə biz:

Azərbaycanda 15 yaşlı oğlanı nişanladılar

03 August 2016, 15:37
Gündəm
Kürdəmir rayonunda daha bir yeniyetmə valideynlərinin yanlış hərəkətinin qurbanı olub. "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz Facebook profilində "Kürdəmirin kəndlərinin birində bir ailə var. Ailədə 3 uşaqdır - qızlar 17 yaşında ərə verilib, oğlanın da 15 yaşı var, nişanlanib…”, - deyə yazıb. "Ata ücün də qanun-filan movcud deyil” - deyə, o, daha sonra qeyd edib. M.Zeynalova ailə ilə bağlı ətraflı məlumatı öyrənib, bu haqda məlumat verəcəyini əlavə edib.(qaynarinfo.az)