Sosial şəbəkədə biz:

İbrahim Tatlısəs yenə evlənir

29 July 2016, 12:24
Gündəm
İki il əvvəl Ayşəgül Yıldızdan boşanan İbrahim Tatlısəsin yenidən ailə qurmağa hazırlaşdığı iddia edilir.   Axar.az xəbər verir ki, sənətçinin 2011-ci ildə silahlı hücuma məruz qalanda yanında olan və yaralanan köməkçisi Damla Buketlə evlənməyə hazırlaşdığı haqda şayiələr yayılıb.   Tatlısəsin yaxınlarına “Damla ilə həyatım dəyişdi, özümə gəldim. Tezliklə onunla ailə quracağam”, - dediyi bildirilir.   Xatırladaq ki, İbrahim Tatlısəs bundan əvvəl iki dəfə rəsmi nikahda olub.