Sosial şəbəkədə biz:

Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb, iki nəfər yaralanıb

28 July 2016, 17:57
Gündəm
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.
“Report”un xəbərinə görə, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobilər toqquşublar.
Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.