Sosial şəbəkədə biz:

"Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalıdır" - DEPUTAT

03 August 2022, 16:55
Gündəm

"Separatçılar hansısa cəhd göstərsələr də, Laçın dəhlizini boşaltmağa məhkumdurlar".

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev mətbuata açıqlamasında deyib.

“Çünki 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, Laçın dəhlizi yaxın zamanlarda boşaldılmalı və Rusiyanın sülhməramlı kontingenti alternativ yola köçürülməlidir”- deyə, deputat sözlərinə əlavə edib.

Onun sözlərinə görə, 20-25 il əvvəl Laçının kəndlərində məskunlaşdırılan Suriya erməniləri ərazini tərk etmək istəmirlər: Səbəb də bölgənin strateji əhəmiyyətə malik olmasıdır. Lakin qeyri-qanuni məskunlaşma olduğundan bütün vasitələrlə ermənilər kəndləri tərk edəcəklər. Əslində, mövcud vəziyyət status-kvonu saxlamaq niyyətindən doğur. Ən əsas isə Rusiya sülhməramlılarının öhdəliklərini sona qədər yerinə yetirməməsidir. Bu baxımdan baş verən insdentin səbəbkarlarından biri Rusiya sülhməramlılarıdır”.