Sosial şəbəkədə biz:

Göyçayda sahibsiz küçə itlərini gülələyirlər

28 May 2022, 08:39
Gündəm

Göyçay rayonunun mərkəzində sahibsiz küçə itlərinin güllələndiyi bildirilir.
Azinforum.az xəbər verir ki, rayon sakini Səxavət Qafarov hadisənin Göyçay Sanitar Təmizlik İdarəsi tərəfindən törədildiyini söyləyir.
Göyçay Sanitar Təmizlik İdarəsinin rəisi Fuad Bəşirov isə qurum tərəfindən belə bir hala yol verilmədiyini bildirib.