Sosial şəbəkədə biz:

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

22 May 2022, 12:03
Gündəm

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din xadimlərindən ibarət nümayəndə heyəti Ağdam və Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

Nümayəndə heyəti Şuşa şəhərində tarixi məkanlar, mədəniyyət abidələri və Cıdır düzü ilə tanış olacaqlar.