Sosial şəbəkədə biz:

Azərbaycanın dövlət büdcəsinin builki qalığı 3 milyard manata yaxınlaşıb

17 May 2022, 17:11
Gündəm

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 687,6 milyon manat, xərcləri isə 8 168,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 29,8% və 8,5% çoxdur.

Son nəticədə büdcədə 2 518,9 milyon manat qalıq yaranıb.