Sosial şəbəkədə biz:

Azərbaycanda 343 polis cəzalandırılıb - 67-si isə vəzifədən azad edilib

09 March 2022, 19:17
Gündəm

Ötən il daxili işlər orqanlarında aşkarlanan 258 fakt üzrə 343 polis əməkdaşı intizam qaydasında cəzalandırılıb.

Bu, Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, onlardan 105-i xidmətdən xaric olunub, 67-si tutduğu vəzifədən azad edilib, 171-i barədə isə digər tənbeh tədbirləri görülüb.