Sosial şəbəkədə biz:

Elman Rüstəmov yenidən Mərkəzi Bankın sədri təyin edildi - SƏRƏNCAM

16 April 2020, 17:10
Gündəm

Prezident İlham Əliyev Elman Rüstəmovun Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndini rəhbər tutaraq qərara alıram:

Elman Sirac oğlu Rüstəmov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri təyin edilsin".